Kartofun içindən marixuana çıxdı

Kartofun içindən marixuana çıxdı
  12 Avqust 2015    Oxunub:5538
Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az - a verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin ziyarətinə gələn Bakı şəhər sakini Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:



Xəbər lenti