Azərbaycandan ilk Beynəlxalq Sosial Şəbəkə

Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyə dəstəyi də mühüm rol oynayıb. Ümumi götürsək, Azərbaycanda start-up mədəniyyəti hələ yenidir və inkişaf etməkdədir. Ancaq yenə də bu sahədə irəliləyiş olduğunu inkar edə bilmərik.
Ümid edirik ki, “Hipassenger” proqramının köməyilə səyahət zamanı yeni insanlarla tanış olaraq əhatənizi genişləndirə bilərsiniz.
Sadəcə gedəcəyiniz tarixi və yeri paylaşmaqla sizinlə eyni vaxtda eyni yerə səyahət edən insanlarla əlaqə qura biləcəksiniz. Facebook-da dostlarınızla səyahət məlumatlarınızı bölüşməklə yanaşı şəxsi mesaj göndərə və səyahət başlamamış yeni tanışlar qazana bilərsiniz. “Hipassenger” proqramını yaratmaqda məqsədimiz təyyarə, avtobus, qatar və gəmi səfərlərində sizə sizinlə eyni yerə səyahət insanları tanımaq imkanı verməkdir.
Xüsusiyyətləri:
- Sizinlə ən azı bir ortaq yönü olan – səyahət edən insanları tapıb əlaqə yarada;
- Sizin üçün maraqlı olan istənilən şəxsin profilinə baxa və dərhal söhbətə başlaya;
- Facebook hesabınızla qeydiyyatdan keçə;
- Facebook dostlarımızla səyahət məlumatlarınızı paylaşa;
- İstədiyiniz istifadəçiləri seçib blok siyahısına sala bilərsiniz.
Proqramı yükləyin, səyahətə çıxın və yeni tanışlar qazanın.
Teqlər: