Cavid Hüseynov `Panatinaikos` la görüşə çıxacaq?

Cavid Hüseynov `Panatinaikos` la görüşə çıxacaq?
  12 Avqust 2015    Oxunub:2991
"Qəbələ" klubu futbolçu Cavid Hüseynovun adının Avropa Liqasının pley-off mərhələsində keçiriləcək Yunanıstan "Panatinaikos"u ilə görüşün iştirak ərizəsinə daxil edilməsi ilə bağlı açıqlama yayıb.
AzVision.az -ın məlumatına görə, klubun açıqlamasında deyilir:

"Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib".



Teqlər:  



Xəbər lenti