Neftsiz iqtisadiyyatımız Ermənistandan 5 dəfə böyükdür

Neftsiz iqtisadiyyatımız Ermənistandan 5 dəfə böyükdür
  12 Avqust 2015    Oxunub:2540
Azərbaycanda neftsiz iqtisadiyyatın dəyərləndirilməsi ilə bağlı bir sıra yerli və xarici ekspertlərin yanlış və qərəzli fikirlərinə rast gəlinir. Halbuki, ölkəmiz qeyri-neft iqtisadiyyatı ilə də regionda lider dövlətdir. Bunu əməkdaşımızla söhbətində iqtisadçı-alim Vüqar Bayramov bildirib.

O, deyib ki, neftsiz iqtisadiyyatımız kifayət qədər potensiala malik olmasını rəqəmlər də təsdiq edir. Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51.2 milyard dollardır. Belə ki, Dünya Bankının məlumatına görə, 2014-cü ildə Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 75.2, Gürcüstanda 16.5, Ermənistanda isə 10.8 milyard dollar olub.

Ölkəmizdə qeyri-neft sektorunun ÜDM-də payının 68 faiz olduğunu nəzərə alsaq, o zaman Azərbaycanın neftdən kənar iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 3.1 dəfə, Ermənistan iqtisadiyyatından 5 dəfə çoxdur. Deməli, Ermənistan iqtisadiyyatından 5 dəfə çox olan neftsiz iqtisadiyyatımız eyni zamanda qonşu ölkələrdən fərqli olaraq daha çox inkişaf etmiş infrastrukturun formalaşdırılmasına şərait yaradıb.

İqtisadçı alim deyib ki, infrastrukturun inkişaf etməsi isə Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın MDB-də ən rəqabətqabliyyətli iqtisadiyyata malik olan ölkəyə çevrilməsinə gətirib çıxarıb. Ölkə Prezidentinin neftdən kənar iqtisadiyyatın formalaşması ilə bağlı bəyanatı isə sadəcə neftdən asıllığı aradan qaldırmayacaq, eyi zamanda və həmçinin ölkəmizin rəqabətqabiliyyətini yüksəlməsinə səbəb olacaq. İqtisadiyyatın mövcud vəziyyəti strelizasiya islahataların mərhələli və səmərəli şəkildə aparılmasına imkan yaradacaq. Deməli, iqtisadi diversifikasiya ilə bağlı hədəflər artıq reallaşdırılmaqdadır.

AzVision.az


Teqlər:





Xəbər lenti