Prezident nazir və komitə sədrinə orden verdi

Prezident nazir və komitə sədrinə orden verdi
  12 Avqust 2015    Oxunub:2976
Azərbaycan prezidenti İlham Əliyev Hicran Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az -ın xəbərinə görə, H. Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, H. Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oqtay Kazım oğlu Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla O.Şirəliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.


Teqlər:  





Xəbər lenti