İlham Əliyevdən Olimpiya Oyunları ilə bağlı sərəncam

İlham Əliyevdən Olimpiya Oyunları ilə bağlı sərəncam
  13 Avqust 2015    Oxunub:2676
Azərbaycan prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, 2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına hazırlıq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və müvafiq idman federasiyaları tərəfindən milli komandaların formalaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti