ABŞ Suriyaya silah göndərilməsini müzakirə edəcək

ABŞ Suriyaya silah göndərilməsini müzakirə edəcək
  10 İyun 2013    Oxunub:1385
ABŞ administrasiyası bu həftə Suriya üsyançılarının silahla təmin edilməsi məsələsinə baxacaq.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, ABŞ administrasiyası eyni zamanda Suriyada hava uçuşları üçün qadağan olunan zonanın yaradılması barədə də müzakirələr edəcək. Lakin hazırda bu məsələnin tam həll olunması gözlənilmir.

Bu iki məsələnin müzkirəsi üçün ABŞ-ın dövlət katibi Con Kerri ərəb ölkələri və İsrailə planlaşdırılan səfərləri təxirə salaraq Vaşinqtonda qalıb.

Barak Obama bildirib ki, Suriya üsyançılarının silahla təmin olunması vacib hesab oluna bilər, lakin o, heç bir təqdirdə Suriyaya quru qoşunları göndərmək niyyətində deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti