İşçilər şirkətdən oğurluq etdi - 49 televizor aparıblar

İşçilər şirkətdən oğurluq etdi - 49 televizor aparıblar
  13 Avqust 2015    Oxunub:2512
Qaradağda ticarət mərkəzinin anbarından 28 min manat dəyərində televizor oğurlanıb.

AzVision.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28 000 manat dəyərində 49 ədəd televizor oğurlayıb orada mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tutulub.


Teqlər:  



Xəbər lenti