Yaşyarımlıq uşaq quyuya düşərək öldü

Yaşyarımlıq uşaq quyuya düşərək öldü
  13 Avqust 2015    Oxunub:1516
Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. Nəticədə rayonun Talış kəndində yaşyarımlıq körpə dünyasını dəyişib.
Hacıqabul rayon Prokurorluğundan verilən məlumata görə, 2014-cü il təvəllüdlü Gülnur Anar qızı Qədirova həyətdə gəzərkən tualet quyusuna düşüb. İlkin ehtimal kimi, körpənin nəzarətsiz qalması və quyunun üzərinə örtülən taxtaların çürük olması göstərilir. Belə ki, valideynlərin uşağı nəzarətsiz qoyublar və körpə çürük taxtaların üstünə çıxıb. Bu zaman taxtalar qırılıb və uşaq quyuya düşüb.

Gülnur Qədirova evin üç uşağından ikincisidir. Onun bir bacısı, bir qardaşı var.

Faktla bağlı araşdırma aparılır. (ans)



Teqlər:



Xəbər lenti