İmişlidə bir nəfər suda boğulub

İmişlidə bir nəfər suda boğulub
  13 Avqust 2015    Oxunub:1890
Günorta saatlarında İmişli rayonunda bir nəfər süni göldə batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Mürsəlli kəndində baş verib.

Süni göldə batan 1972-ci il təvəllüdlü Cəfərov Əsəd Allahverdi oğlunun cəsədi Nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 16:58-də başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti