Abituriyentlərin qeydiyyatı başladı

Abituriyentlərin qeydiyyatı başladı
  14 Avqust 2015    Oxunub:1969
Bu gündən 2015/2016-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, ali məktəblərə qəbul olan şəxslərin qeydiyyatı avqustun 24-dək davam edəcək.

Qəbul olunan şəxslər göstərilən müddətdə qəbul olduqları ali təhsil müəssisəsinə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddət ərzində qeydiyyatdan keçməmək qaydalara uyğun olaraq həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, bu gündən 2015/2016-ci tədris ilində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə də ixtisas seçimi başlayıb.


Teqlər:



Xəbər lenti