Maliyyə hesabatı verməyən partiyalarla bağlı tədbir görüləcək
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, maliyyə hesabatının təqdim edilməsi üçün bu ilin sonuna kimi vaxt var:
“Ola bilər, bəzi partiyaların hansısa problemləri var. Biz bunu araşdırırıq. Əlbəttə ki, bu ilin sonunda qanunvericiliyin tələblərinə uyğun olaraq çox ciddi şəkildə tədbirlər görüləcək. Bununla bağlı məlumatlar veriləcək”.
Qeyd edək ki, rəsmi dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını MSK-ya təqdim edib.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


