Güləşçi qızlarımız Brazilyada 3 medal qazanıb
AzVision.az xəbər verir ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və çempionatı komanda hesabında ikinci sırada başa vurub.
Üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub.
44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyalı güləşçiləri məğlub edərək Dünya çempionatının qızıl medalına sahib olub.
51 kq-da təmsilçimiz Leyla Qurbanova da Dünya çempionatının qızıl medalına sahib olub. Bunun üçün o, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib.
67 kq-da Elis Manolova yarımfinala kimi inamla irəliləsə də yapon idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç idmançısına qalib gələn Manolova Dünya çempionatının bürünc medalını qazanıb.
44 kq
1/8 final - Türkan Nəsirova - Emine Çataloğlu (TUR) 8:0 (təmiz qələbə)
1/4 final - Kseniya Stankeviç (BLR) - Türkan Nəsirova 6:11
1/2 final - Svetlana Ankiçeva (KAZ) - Türkan Nəsirova 0:10
FİNAL - Türkan Nəsirova - Rina Okuno (JPN) 5:2
51 kq
1/8 final - Daniela Lopez (MEX) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)
1/4 final - Momoka Kadoya (JPN) - Leyla Qurbanova 4:9
1/2 final - Leyla Qurbanova - Kseniya Nejqovorova (RUS) 6:2
FİNAL - Olena Kremzer (UKR) - Leyla Qurbanova 7:10
59 kq
1/8 final - Almaz İsmayılova - Viktoriya Bobeva (BUL) 2*:2
1/4 final - Almaz İsmayılova - Yoşimi Kayama (JPN) 6:6*
Təsəlliverici görüş - Jessica Brullette (CAN) - Almaz İsmayılova 4:0
67 kq
1/8 final - İlonia Alison (MHL) - Elis Manolova 0:10
1/4 final - Nicole Amann (GER) - Elis Manolova 3:3* (təmiz qələbə)
1/2 final - Elis Manolova - Masako Furuiçi (JPN) 0:10
Bürünc medal görüşü - Signe Fidje Store (NOR) - Elis Manolova 2:2*
AzVision.az