Evə basqın edildi, ailənin dörd üzvü bıçaqlandı - VİDEO

Evə basqın edildi, ailənin dörd üzvü bıçaqlandı - VİDEO
  14 Avqust 2015    Oxunub:2294
Lənkəranda quldurluq hadisəsi baş verib.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 22 yaşlı Qalib Əhmədzadəyə, qızı, 20 yaşlı Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara həkimlər tərəfindən zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.




Teqlər:  



Xəbər lenti