İki nəfəri tok vurub öldürdü

İki nəfəri tok vurub öldürdü
  14 Avqust 2015    Oxunub:4426
İki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 13-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Rövşən Adıgözəlov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Digər analoji hadisə Gədəbəydə qeydə alınıb. Avqustun 12-də Gədəbəy rayonunun Elektrik Şəbəkəsinin işçisi Malik Quliyev rayonun Novo-Saratovka kəndində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində xəstəxanaya yerləşdirilib və avqustun 13-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti