Polis avtomobilini vurub qaçanlardan saxta nömrələr tapıldı

Polis avtomobilini vurub qaçanlardan saxta nömrələr tapıldı
  14 Avqust 2015    Oxunub:2455
Bakıda "Saxla" əmrinə tabe olmayan iki nəfər saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Dobla" markalı avtopatrulda xidmət aparan polis əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Pegout" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verib, lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib.

Görülən tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar. Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılan idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti