Səlim Müslümov işçi axtarır

Səlim Müslümov işçi axtarır
  14 Avqust 2015    Oxunub:2669
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) bu gün elan etdiyi növbəti müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemi üzrə 94 inzibati vəzifə üzrə 102 vakant yer təqdim olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən a href="https://azvision.az/redirect.php?url=http://www.azvision.az">AzVision.az - a verilən məlumata görə, vakant yerlər nazirliyin Aparatını, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi, Məşğulluq, Sosial Təminat, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətlərini əhatə edir.

Qeyd edək ki, bu ilin ötən dövründə müsabiqə, həmçinin daxili və ümumi müsahibələrdən uğurla keçmiş 64 nəfər şəxs nazirliyin Aparatında və struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin olunublar.

Nazirlikdən bildirilib ki, dövlət qulluğunun inzibati vəzifələrinə təyin edilən əməkdaşların səmərəli fəaliyyətinin stimullaşdırılması üçün zəruri tədbirlər görülür. Nazirlik üzrə müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili və ümumi müsahibələrə dair bütün elanlar nazirliyin rəsmi internet saytının ön səhifəsində müvafiq bölmədə təqdim olunur.


Teqlər:





Xəbər lenti