Neftimiz yenə ucuzlaşıb

Neftimiz yenə ucuzlaşıb
  15 Avqust 2015    Oxunub:2334
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,31 dollar, yaxud 0,61% ucuzlaşıb.
AzVision.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,31 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 50,62 dollar/barel olub.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.




Teqlər:





Xəbər lenti