Ana və qızı qəzada yaralandı

Ana və qızı qəzada yaralandı
  15 Avqust 2015    Oxunub:1614
Şamaxı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, avqustun 14-də saat 03 radələrində Şamaxı şəhərində Şuşa şəhər sakini Kamil Mikayılovun idarə etdiyi “VAZ-21065” və İsmayıllı rayon sakini Lyudmila Truşinanın idarə etdiyi “Chevrolet” markalı avtomobilləri toqquşub.

Nəticədə K.Mikayılov hadisə yerində ölüb. L.Truşinaya və qızına isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar tibb müəssisəindən evə buraxılıblar.

Hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti