“Mercedes” uçaraq restoranın həyətinə girdi

“Mercedes” uçaraq restoranın həyətinə girdi
  17 Avqust 2015    Oxunub:3429
Bakı Sumqayıt yolunda ağır yol qəzası baş verib. AzVision.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Mercedes-Benz 190” markalı avtomobil yolda ötmə əməliyyatını edən zaman “Mazda” makalı avtomobilin ön hissəsinə dəyib.

Daha sonra idarə etməni itirərək yolun kənarında olan süni yaradılan təpənin üstünə çıxıb. Sürət həddi yüksək olduğunudan avtomobil süni təpənin üstündən uçaraq “Saray” restoranın həyətinə girib.

Qəza zamanı ciddi xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. “Mazda” markalı avtomobilin sürücü olan qadın qəzanın təsirindən şoka düşüb.



Teqlər:  



Xəbər lenti