Nazirlik 45 əlili istirahətə göndərdi

Nazirlik 45 əlili istirahətə göndərdi
  17 Avqust 2015    Oxunub:1491
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 45 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, cari ilin yaz-yay mövsümündə artıq 919 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahətini təşkil edib. Əlilliyi olan şəxslər respublikamızın səfalı guşələrində istirahət etdikləri müddətdə müalicəvi bədən tərbiyəsinə, səmərəli fizioterapevtik müalicə prosedurlarına da cəlb edilirlər.

Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin olduğu məkanlara gəzinti turları, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur. Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.

Əlilliyi olan şəxslərin yola salınması zamanı onlar ölkəmizdə sosial proqramların uğurla davam etdirilməsindən, sosial müdafiə tədbirlərinin ilbəil gücləndirilməsindən məmnunluqla söz açıb, sosial cəhətdən həssas qruplara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti