Prezident Arif Qasımova və Elşən Məmmədova fəxri ad verdi

Prezident Arif Qasımova və Elşən Məmmədova fəxri ad verdi
  17 Avqust 2015    Oxunub:2784
Azərbaycan Prezidenti İlham Əliyev Arif Araz oğlu Qasımova “Əməkdar həkim” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla A.Qasımov Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə fəxri ada layiq görülüb.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Dövlət Sərhəd Xidmətinin ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilib.


Teqlər:



Xəbər lenti