Anadangəlmə kar uşağın qulağını açdılar

Anadangəlmə kar uşağın qulağını açdılar
  17 Avqust 2015    Oxunub:3208
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “koxlear implantasiya” əməliyyatı icra olunub.
Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman-həkim Yusif Hacıyev və onun komandasının anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Lətifin üzərində apardığı əməliyyat uğurla nəticələnib.

Yusif Hacıyevin AzVision.az-a bildirib ki, “daxili qulağın protezləşməsi” əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır. Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərir və əməliyyatların uğurlu keçməsi bu komandanın yüksək səviyyəli işinin nəticəsidir: "Bizim klinikada bu cür əməliyyatlar mütəmadi olaraq davam edir. Bu əməliyyat nəticəsində əlil statusunda olan uşaqlar sağlam fərd olaraq cəmiyyətə qazandırılır. Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və s. kimi sənət sahələrinə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar".

Yusif Hacıyev onu da bildirib ki, eşitmə qüsuru olan uşaqlarda əməliyyatların 4 yaşa qədər aparılması məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür.

AzVision.az


Teqlər:  



Xəbər lenti