Piyadanı vuran sürücü avtomobili dirəyə və dayanacağa çırpdı
Qəza nəticəsində "Mercedes"in sürücüsünün qızı, 13 yaşlı Əliyeva Dəniz Rza qızı və avtomobilin vurduğu piyada, 19 yaşlı Dəmirov Ruslan Asif oğlu ağır xəsarətlər alıb. 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralılardan Ruslan Dəmirovun vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. 13 yaşlı Dəniz Əliyevaya isə kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.(APA)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


