Con Kerri ilk turneyə başlayır

Turne çərçivəsində ABŞ Dövlət katibinin Türkiyəyə də səfəri planlaşdırılır. Ankarada Con Kerri ölkə rəsmiləri ilə keçiriləcək görüşlərdə ikitərəfli strateji prioritetlər əsas müzakirə mövzusu olacaq – buraya regional sabitlik, sülh və təhlükəsizlik kontekstində Suriyanın böhrandan çıxma məsələsi, terrorçuluqla mübarizə daxil olmaqla Amerika-Türkiyə əməkdaşlığının inkişafı məsələləri aiddir.