“Bakıkart”-dakı səhvlər düzələcək - RƏSMİ

“Bakıkart”-dakı səhvlər düzələcək - RƏSMİ
  18 Avqust 2015    Oxunub:3077
“Bakı Metropoliteni” QSC “Bakıkart”ın üzərindəki yazılara münasibət bildirib.
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az - a açıqlamasında bildirib ki, “Bakıkart”ın üzərindəki yazılar səhvdir və bu səhvin aradan qaldırılması üçün müfaviq addımlar atılacaq. Onun sözlərinə görə, növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq.

Qeyd edək ki, “Bakıkart”ın üzərində “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. Mütəxəssislər “Alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələri Azərbaycan dilinə hörmətsizlik kimi dəyərləndirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti