24 yaşlı qız axtarılır

24 yaşlı qız axtarılır
  18 Avqust 2015    Oxunub:1800
Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova cari il iyulun 31-də evdən xəbərsiz gedib və bir daha geri qayıtmayıb.
DİN-in mətbuat xidmətindən AzVision.az - a daxil olan xəbərdə bildirilir ki, onun xarakterik əlamətləri belədir: boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub.

Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti