Məktəbli formaları ilə bağlı ciddi yoxlamalara başlanıldı
“Bu gün aparılan araşdırma nəticəsində külli miqadarda keyfiyyətsiz , saxta məktəbli forması aşkar olundu və satışı dayandırıldı. “Uluxanlı” adı ilə istehsal etdiyi məhsulların da əmtəə nişanından istifadə olunmayıb. Başqasının əmtəə nişanı ilə məhsul istehsalı birbaşa qanun pozuntusu olduğundan firma ilə bağlı sənədlərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək. Bundan başqa qanun cərçivəsində cərimə ödəməli olacaq”.
Saxta məktəbli formalarının satış yerlərinin də müəyyən edildiyini deyən F. Talıblı bildirib ki, saxta kostyumların satışı dayandırılıb.
“Qısa vaxt ərzində Maştağada və Qaradağ rayonu ərazisindəki topdansatış məntəqələrində saxta BTE əmtəə nişanı ilə satışa çıxarılan məktəbli kostyumlarının satışını aşkar etdik və dərhal həmin məhsullar satışdan çıxarıldı. Bir daha valideynlərdən xahiş edirik ki, keyfiyyətli məktəbli forması almaq istəyilərsə Bakı Tikiş Evinin dükanlarına müraciət etsinlər”.
Qeyd edək ki, yeni dərs ilinin başlanamsına az müddət qaldığından məktəbli formalarının keyfiyyəti ilə bağlı yoxlamalara başlanılıb.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


