14 mindən çox abituriyent ixtisas seçib
TQDK-dan AzVision.az-a verilən məlumata görə, müsabiqənin I mərhələsində qəbul olan abituriyentlərin ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək hüququ yoxdur. Artıq 14 812 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi internet vasitəsilə 19 avqust saat 00.00-dək davam edəcək.
İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


