İran vətəndaşı narkotiklə yaxalandı

İran vətəndaşı narkotiklə yaxalandı
  18 Avqust 2015    Oxunub:1779
Astara Gömrük İdarəsinin sərnişin şöbəsindəİran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn İran vətəndaşı Akbari Meisam Feizollah oğlunun üzərində şəxsi yoxlama aparılıb.

AzVision.az Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, şəxsi yoxlama nəticəsində onun üzərindən, ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir

AzVision.az


Teqlər:  



Xəbər lenti