Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi
  18 Avqust 2015    Oxunub:1406
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini Əfqanıstanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

`Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin qorunub saxlanması və daha da möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm`.


Teqlər:  



Xəbər lenti