Avtomobil motosikletlə toqquşdu, ölən var

Avtomobil motosikletlə toqquşdu, ölən var
  19 Avqust 2015    Oxunub:1393
Suraxanı rayonunda avtomobillə motosikletin toqquşması nəticəsində sürücülərdən biri ölüb.
AzVision.az - ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Xəbərə görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Anar Əhmədovun idarə etdiyi "Ford" markalı avtomobillə "Honda" markalı motosiklet toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti