AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi
  19 Avqust 2015    Oxunub:2311
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda yaşıl meydanlarda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
AzVision.az Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, komitə ümumilikdə 2 futbolçunu cəzalandırıb. Premyer Liqanın II turunda keçirilən "İnter" və "Neftçi" komandalarının qarşılaşmasında qırmızı vərəqə aldıqları üçün meydan sahiblərindən İlkin Qırtımov, qonaqlaırn heyətində isə Xuan Alberto Alvarado bir oyunluq cəzalandırılıb. Klubları isə 200 manat cərimələnib.

"Sumqayıt" - "Xəzər Lənkəran" matçında meydan sahiblərinin, "Kəpəz" - "Zirə" görüşündə isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.


Teqlər:





Xəbər lenti