Elmir Vəlizadə: “Daha iki peykimiz orbitə çıxarılacaq”

Elmir Vəlizadə: “Daha iki peykimiz orbitə çıxarılacaq”
  11 İyun 2013    Oxunub:1227
“Bundan sonrakı peykin orbitə buraxılması 2016-cı ildən planlaşdırılır və indi bu iki layihə hazırılıq mərhələsindədir”.
“Azərbaycanın növbəti iki peykinin orbitə çıxarılması üçün hazırlıq işləri davam etdirilir”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, Azərbaycanın peyk layihələri davam edir.

“Birinci peykimiz orbitə çıxarıldıqdan sonra ikinci və üçüncü peykin orbitə çıxarılması üərində işlər aparılır. Bilirsiniz ki, 2015-ci ildək Azərbaycanın aşağı orbitli peykinin orbitə çıxarılması planlaşdırılır. Peykin əsas təyinatı ondan ibarətdir ki, yer səthinin tədqiqatın aparılması və müxtəlif iqtisadiyyat üçün səmərəli olan sahələrdə bu tədqiqatlardan istifadə edilməsidir. Bundan sonrakı peykin orbitə buraxılması 2016-cı ildən planlaşdırılır və indi bu iki layihə hazırılıq mərhələsindədir. Yaxın zamanlardan bununla bağlı tender keçiriləcək. Bundan sonra ölkələr və şirkətlər müəyyənləşəcək və müvafiq işlər həyata keçiriləcək. Azərbaycan bu sahədə müsbət təcrübə toplayıb"-deyə nazir müavini vurğulayıb.

Anar



Teqlər:





Xəbər lenti