“Riyad-farm” niyə bağlandı? – Şok təfərrüatlar
“Onların Azərbaycan Beynəlxalq Bankına akkreditiv üzrə kredit borcu 24 milyon manat təşkil edir. Əsasən də şirkətin iflas olmasına səbəb şirkətin sahibləri Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.) , Moskvadakı bizneslərinə yatırmaları və bu biznesdə uğursuzluqları səbəb olub. “Riyad-farm”ın mərkəzi ofisi və deposunun yerləşdiyi yerə görə 4 aylıq kirayə haqqı borcu yığışıb və işçilərin çoxuna 2 aylıq əməkhaqqı borcları qalıb”.
Baş müsahib onu da qeyd edib ki, hal-hazırda şirkət fəaliyyətini dayandırıb.
“Dərman idxalı dayanıb və bütün apteklər bağlanıb. Mətbuatda yanlış olaraq “Riyad-farm”la “Riyad ” şirkəti qarışıq salınır. 2007-ci ildən “Riyad-farm” şirkətinin bütün maliyyə təsərrüfat fəaliyyətinə rəhbərliyi direktor Aqil Quliyev, şirkətin real sahibləri Həsən və Asif Şərifov qardaşları həyata keçiriblər. Sadəcə olaraq, bu adda şirkətin əhali arasında inam qazanması səbəbindən ad dəyişdirilmədən “Riyad-farm” brend adı ilə fəaliyyətlərini davam etdirib və “Riyad-farm” dərman şirkəti “Riyad ” şirkətinə məxsus Bakıxanovda yerləşən depo və mərkəzi ofisin icarəçisi olub. Hal-hazırda “Riyad” şirkəti “Riyad-farm”ın rəhbərliyini dələduzluq, vəzifə saxtakarlığı, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyan vurma və digər iddialarla iyun ayında məhkəməyə verib”.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


