İş axtaranların nəzərinə!

İş axtaranların nəzərinə!
  19 Avqust 2015    Oxunub:2236
Daha iki rayonda əmək yarmarkası təşkil ediləcək.
Bu barədə AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən (ƏƏSMN) bildirilib.

Belə ki, nazirliyin məlumatına görə, növbəti əmək yarmarkaları avqustun 20-də Oğuz, avqustun 21-də isə Hacıqabul rayonunda keçiriləcək.

Qeyd edək ki, Oğuzda təşkil olunan yarmarka rayonun Məşğulluq Mərkəzinin inzibati binasında, Hacıqabulda keçirləcək yarmarka isə adıçəkilən rayonun Mədəniyyət Evinin binasında baş tutacaq.

Onu da əlavə edək ki, işsizlərə Oğuz rayonunda 30 müəssisə üzrə 180, Hacıqabul rayonunda isə 33 müəssisə üzrə 130-dan çox vakant yerlər təşkil ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti