Azay Quliyevə fəxri fərman verildi
A.Quliyev bildirib ki, Şura beynəlxalq aləmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin möhkəmləndirmək və Ermənistanın işğalçı mahiyyətini ifşa etmək məqsədilə xarici ölkə QHT-lərinə qrant müsabiqəsi elan etmiş və onların bu istiqamətdə layihə təkliflərini dəstəkləyib.
A.Quliyev şəhid ailələri və müharibə veteranlarının sosial qayğılarının həllinə ictimai dəstəyin daim gücləndirilməsində “Qarabağ” QHT Koalisiyasına daxil olan təşkilatların uğurlu fəaliyyətini vurğulayaraq deyib ki, indiyə qədər bu yöndə QHT-lərin təklif etdiyi bütün layihələr Şura tərəfindən dəstəklənib, heç bir təklif diqqətdən kənarda qalmayıb. Azərbaycan hökumətinin şəhid ailələrinə, Qarabağ qazilərinə, onların ailələrinə diqqət və qayğısının təzahürü olan bu dəstəyin hər zaman davam edəcəyini söyləyən A.Quliyev "Qarabağ" QHT Koalisiyasının Resurs və İnformasiya Mərkəzinin yaradılması təklifinə Şurada baxılacağını bildirib.
Müzakirələrdə çıxış edən "Qarabağ" QHT Koalisiyasının sədri Vüqar Qədirov, QHT-rəhbərləri Əkbər Qoşalı, Emin Həsənli, Faiq İsmayılov, Mətanət Cəfərova, Nazim Əhmədli, Radə Abbas, Venera Əsgərova, Anar Xəlilov, Almaz Zeynallı, Rey Kərimoğlu, Təhmasib Novruzov, İradə Polad, Əkrəm Bəydəmirli, Ədalət Məhərrəmov, Şahin Qədirov, Etimad Əsədov, Naibə Behbudova, Füzuli Rzaquliyev və başqaları layihələrin icrası və nəticələri ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.
Görüşdə “Qarabağ” QHT Koalisiyasının rəhbəri Vüqar Qədirov qurumun fəxri fərmanını Azay Quliyevə təqdim edərək Şura sədrinə əməkdaşlıq və dəstək üçün təşəkkürünü bildirib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


