`Neftin qiyməti 30 dollara enə bilər` - Baş nazirin müavini

`Neftin qiyməti 30 dollara enə bilər` - Baş nazirin müavini
  20 Avqust 2015    Oxunub:2545
Yaxın 3 il ərzində neftin qiyməti 50-70 dollar intervalında dəyişəcək.
Bu barədə Rusiya Federasiyasının baş nazirinin müavini Arkadi Dvorkoviç "Rusiya 24" telekanalının efirində deyib.

Buna baxmayaraq, A. Dvorkoviç bildirib ki, "qara qızıl"ın qiyməti qısa müddətlik 30-35 dollar səviyyəsinə enə bilər. "Düşünürəm ki, nəticə etibarilə, neftin bir barelinin dəyəri 50-70 dollar intervalında dəyişəcək", - deyə baş nazirinin müavini qeyd edib.(APA)


Teqlər:





Xəbər lenti