“QAZel” dərəyə aşdı, sərnişin öldü

“QAZel” dərəyə aşdı, sərnişin öldü
  20 Avqust 2015    Oxunub:2045
Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, avqustun 18-də saat 11 radələrində Gədəbəy rayonu Nərimankənd kəndində Bərdə rayon sakini Fikrət Süleymanov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı dərəyə aşırıb.

Nəticədə sərnişinlərindən həmyerlisi Sərvinaz Fərzəliyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti