İntellektual İdarəetmə Mərkəzinin rəhbəri dəyişdi
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Nəqliyyat Naziri Ziya Məmmədovun 17 avqust 2015-ci il traixli əmri ilə Rüfət İmanov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru təyin olunub.
Nazirin daha öncə imzaladığı əmrlə isə NİİM-in keçmiş baş direktoru Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, R.İmanov bundan əvvəl NİİM-də İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


