Tağı Əhmədov tədbir keçirdi - Fotolar

Tağı Əhmədov tədbir keçirdi - Fotolar
  20 Avqust 2015    Oxunub:4423
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsi partiya fəallarının və imza toplayanların iştirakı ilə tədbir keçirilib.
AzVision.az-ın xəbərinə görə, tədbiri YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açaraq seçki hazırlığının ilkin mərhələsi üzrə görülən işlərdən danışıb.

Toplantıda seçki qərargahının iş bölgüsü aparılıb, qərargah üzvlərinə, deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanmasına cəlb edilmiş şəxslərə YAP Mərkəzi Seçki Qərargahının təlimat qaydaları haqqında kitabçaları paylanılıb.

Qeyd edək ki, tədbirdə ləğv olunan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, hazırda YAP Yasamal rayon təşkilatının sədr müavini Qərib Məmmədov da iştirak edib.

Elvin Abdulqədirov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti