Elnur Məcidli Azərbaycana qayıdır

Elnur Məcidli Azərbaycana qayıdır
  20 Avqust 2015    Oxunub:6052
Elnur Məcidli prezident İlham Əliyevə və onun köməkçisi Əli Həsənova müraciət edib.


Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin köməkçisi, hazırda Fransada yaşayan Elnur Məcidli Azərbaycana qayıdır. AzVision.az xəbər verir ki, bbu barədə Elnur Məcidli özünün “Facebook”dakı səhifəsində məlumat verib.

:“Sizinlə bir şad xəbəri artıq paylaşmaq qərarına gəldim. Bir müddətdir, Azərbaycana qayıtmaq (gedib-gələ bilmək), öz vətənimə xidmət edə bilmək, həmçinin, ölkə prezidenti ilə görüş üçün həm hörmətli Əli Həsənova, həm də cənab prezidentə müraciət ünvanlamışdım. Keçən həftənin cümə günü prezident administrasiyasından edilən telefon zəngində müraciətimin qısa zamanda reallaşa biləcəyi söyləndi.

Buna görə başda cənab prezident İlham Əliyev, prezidentin köməkçisi Əli Həsənov olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm! İnşallah, çox qısa zamanda vətəndəyəm! Beş il aradan sonra doğma Azərbaycana qayıdacağım üçün həyəcanlıyam”.

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları E.Məcidli barəsində Cinayət Məcəlləsinin 281.1(hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün) cinayət işi açılıb.

2011-ci ildə isə Elnur Məcidlini İnterpool xətti ilə axtarışa verilib. Elə həmin ilin iyun ayında onun barəsində açılmış işə xitam verildi.


Teqlər:  



Xəbər lenti