Qızılla dolu itmiş qatar Polşada tapıldı

Qızılla dolu itmiş qatar Polşada tapıldı
  20 Avqust 2015    Oxunub:2534
Polşada narsistlərə məxsus qızıl və qiymətli əşyalar dolu olan qatar tapılıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İkinci Dünya Müharibəsi zamanı itən zirehli qatarın 1945-ci ildə Sovet Ordusu hücuma keçərkən Vrotslav şəhəri yaxınlığında yoxa çıxdığı güman olunur.

Polşa mətbuatının yaydığı məlumata görə, qatarı tapan iki şəxs qatardakı qızılların 10 faizini istəyib.

Bölgənin xəbər saytına görə, qatarı tapanlardan biri alman, digəri isə polşalıdır. Yayılan xəbərlərdə qatarın 150 metr uzunluqda olduğu və 300 ton ağırlığında qızıl daşığı deyilir.
Qeyd edək ki, qızıl və “təhlükəli maddə” yüklü qatarın bir tuneldə itdiyini Joanna Lamparska adlı tarixçi iddia edir.

Aysel Əliyeva


Teqlər:  



Xəbər lenti