10 gündür itkin düşən balıqçılar tapıldı

10 gündür itkin düşən balıqçılar tapıldı
  20 Avqust 2015    Oxunub:2635
Avqustun 10-da balıq ovu üçün Pirallahıdan Xəzər dənizinə çıxmış Neftçala rayon sakini olan balıqçılar avqustun 10-da gecə evlərinə qayıdıblar.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov məlumat verib. A. Aslanov deyib ki, motorlu qayığın akkumulyatoru sıradan çıxdığı üçün 4 balıqçı 9 gün açıq dənizdə qalıb: “Xəzərdə itkin düşən balıqçılar 9 gün sonra başqa bir balıqçı gəmisindəki balıqçıların yardımı ilə akkumulyatoru təmir edərək sahilə çıxıblar”.

A. Aslanov 9 gün ərzində balıqçıların ehtiyat üçün götürdükləri ərzaq və su ilə qidalandıqlarını da söyləyib: “Balıqçılar həmişə pis günlərini fikirləşdikləri üçün ehtiyat azuqə götürürlər”.


Teqlər:



Xəbər lenti