Evdən meyit tapıldı

Evdən meyit tapıldı
  21 Avqust 2015    Oxunub:2026
Yevlax şəhərində bağlı qapı arxasında köməksiz vəziyytdə qalan şəxs dünyasını dəyişib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb, 1927-ci il təvəllüdlü Səlimov Gülməmməd Dostu oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:



Xəbər lenti