Bakıda daha bir yol açıldı

Bakıda daha bir yol açıldı
  21 Avqust 2015    Oxunub:1805
Bakıda daha bir yolda aparılan təmir-tikinti işləri başa çatıb.
AzVision.az -ın "Azəryolservis" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt Bakının iki böyük prospektini - Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.

Uzun müddət idi ki, yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra uzunluğu 1070, ortalama eni 16 metr olan yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Burda yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidilib və köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Ümumilikdə küçənin 19 min 500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.


Teqlər:



Xəbər lenti