Xalasını uşaqlarının gözü qabağında bıçaqladı
Xalası ilə bir müddət söhbət edən 29 yaşlı gənc daha sonra mübahisə etməyə başlayıb. Mübahisə o həddə çatıb ki, oğlan bıçağı çıxararaq xalasına zərbələr endirib. Yaralını dərhal ailə üzvlərinin köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan yaralının üzərində əməliyyat aparıldığını, hazırda vəziyyətinin normal olduğunu bildirdilər. Bıçaqlanan Məlahət Qafarovanın üç övladı var. Ruslanın niyyəti öz xalasını öldürmək olub, lakin qadının övladları analarının öldürməsinə mane olublar.
Hadisəni törədəndən sonra ərazidən qaçan Ruslanı Ucar polisi saxlayaraq istintaqa cəlb edib.
Teqlər: