FHN 3 nəfəri xilas etdi

FHN 3 nəfəri xilas etdi
  21 Avqust 2015    Oxunub:1778
Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib.
AzVision.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib və dərhal nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:05-də başa çatıb.

Bakının Suraxanı rayonunda isə 1 nəfər intihar məqsədi ilə özünü dənizə ataraq batmaq təhlükəsi ilə üzləşib və dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 19:14-də başa çatıb.


Teqlər:



Xəbər lenti