Parlament seçkiləri noyabrın 1-nə təsadüf edir

Parlament seçkiləri noyabrın 1-nə təsadüf edir
  21 Avqust 2015    Oxunub:2246
Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Konstitusiyanın 84 -cü maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu il noyabrın ilk bazar günü noyabrın 1-nə təsadüf edir.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Lent.az-a açıqlamasında deyib ki, seçkilərin vaxtı konstitusiya görə noyabrın birinci bazar günü olmalıdır:

“Ancaq konstitusiyanın 109-cu maddəsinə əsasən, Milli Məclisə keçirilən seçkinin vaxtının təyin edilməsi ölkə prezidentinin səlahiyyətindədir. Seçkilər rəsmi təyin olunduqdan sonra Mərkəzi Seçki Komissiyası iclas keçirəcək. Bundan sonra təqvim planı təsdiq olunacaq. Bunlarla bağlı bütün məlumatlar Kütləvi İnformasiya Vasitələrinə veriləcək”.


Teqlər:





Xəbər lenti