`Əli Kərimli hakimiyyətlə sövdələşməyə gedib` - Razi Nurullayev

`Əli Kərimli hakimiyyətlə sövdələşməyə gedib` - Razi Nurullayev
  21 Avqust 2015    Oxunub:5534
AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və bir sıra keçmiş cəbhəçilər AXCP-yə qarşı iddialarını ortaya qoyandan, Əli Kərimlini sədrlikdən uzaqlaşdırmaq üçün qurultay keçirəcəklərini bəyan edəndən sonra “Azadlıq” qəzeti onlara qarşı kəskin ittihamlarla dolu yazılar verib.

Qəzet və AXCP-nin rəhbərliyinə daxil olan şəxslər R.Nurullayevi hakimiyyətin AXCP ilə bağlı projesi adlandıraraq iddia edir ki, bunun üçün böyük pul ayrılıb, ancaq cəbhəçilər əqidələrinə sahib qalıb bu projeyə qoşulmayıblar. Qəzet yazıb ki, R.Nurullayevin AXCP adına iddia etməsi Hafiz Hacıyevin Müsavat adına iddia etməsi kimi gülüncdür.

Razi Nurullayev isə “Yeni Müsavat”a açıqlama verərək bu iddia və ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, özləri zaman-zaman hakimiyyətin projesində olanlar hər kəsi özlərinə bənzədirlər:

- Azərbaycanda qəddar hakimiyyətin formalaşmasında həm də günahkar Əli Kərimlidir. Hakimiyyəti qəsb etmiş, xalqın səsini boğan bu rejimlə işbirliyini Əli Kərimli qurub və bu xalqı zülmə salıb. Biz bu hakimiyyəti bütün qanuni vasitələrdən istifadə edərək çökdürmək niyyətindəyik. İkincisi, hakimiyyətlə ənənəvi müxalifətin - Əli Kərimlinin hakimiyyətlə anlaşmaq, pul almaq, bir-birinə pas ötürmək oyunlarını da pozuruq. O, ona görə narahatdır ki, oyunlarını şumlayıb, yerlə-yeksan edirik. Bizi ləkələməyə çalışır. Amma ləkəli əllərlə götürülən istənilən şey elə ləkəli olur, birinci öz əlinə bulaşır. Bu hakimiyyət onun kimi adamlardan istifadə edir. Niyə onun özü və yaxın ətrafı hər zaman sudan quru çıxır. Çünki onların əli ilə hakimiyyətlə oynayır. Niyə onlar radikal mövqe tutur və ad çəkərək az qala təhqir edirlər, amma onları həbs etmirlər? Amma digər onlardan da zəif və radikal olmayan fəallar belə həbs edilir?”

R.Nurullayev onu da dedi ki, ona məlumat verilib ki, Əli Kərimli hakimiyyətlə sövdələşməyə gedib: “Plan belədir ki, insanları narazı salıb partiyadan uzaqlaşdırsın. Amma elə etsin ki, bunun xəncərinin qaşı düşməsin. Sual olunur: Necə ola bilər bir sədr bilsin ki, ona qarşı çıxan adamlar var və narazı saldığı adamlar da gedib o narazılara qoşulacaqlar, amma yenə də onları döyəcləsin, uzaqlaşdırmaq üçün damarlarından və beynindən kanalizasiya axan adını çəkib şərəf vermək istəmədiyim bir şər dağarcığından istifadə etsin? Əli Kərimli razılaşıb ki, ona pasport verilsin və əvəzində hakimiyyətin dediyini yerinə yetirsin. Sonra da gedib otursun Londonda. Amma o bilsin ki, onun hakimiyyətlə bu iyrənc oyununu pozacağıq. Hakimiyyətlə Əli Kərimli pis oyun içindədirlər. Bu xalqı ilk öncə hakimiyyət və Əli Kərimli tandemindən xilas etmək lazımdır”.


Teqlər:  



Xəbər lenti